Misli Premyer Liqasında 12-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Turan Tovuz"u qonaq edir. Bu komandalar arasında Tovuzda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi. Hazırda aktivində 14 xal olan meydan sahibləri turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Avrokuboklar uğrunda mübarizə aparan qonaqlar isə 11 turdan sonra 21 xal toplayıb və 3--cü yerdədir. 

 

Qeyd edək ki, qarşılamanın start fiti saat 14:30-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

 

14:30. "Şamaxı" - "Turan Tovuz"

Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.