"Mançester Yunayted"in Maurisio Poçettino rəhbərliyində ilk məşqi qalmaqalla yadda qalıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Noyabrın 19-da komandanın Karrinqtondakı bazasında keçirilən məşq zamanı dronla taktiki çalışmalar və digər hazırlıq prosesi lentə alınıb. Görüntülər bir neçə saat sosial şəbəkələrdə açıq yayımlanıb. Daha sonra "YouTube" videosunu platformadan silib.
"CC Overview" adlı kanalın müəllifi çəkilişin dron qanunvericiliyinə uyğun olduğunu bildirsə də, videonun etik olmadığını etiraf edərək üzr istəyib.
Qeyd edək ki, görüntülərdəki taktiki detalların rəqiblərin əlinə keçməsi "Mançester Yunayted" üçün problem yarada bilər. Komanda noyabrın 22-də Premyer Liqanın XI turunda səfərdə "Liverpul"la qarşılaşacaq.