UEFA Millətlər Liqasının dörddəbir final mərhələsi üçün püşkatma keçirilib. Sport24.az xəbər verir ki, yarımfinala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq səkkiz komanda arasında aşağıdakı cütlüklər müəyyənləşib:

 

İspaniya – Fransa

Norveç – İngiltərə

Niderland – Portuqaliya

Belçika – Almaniya

Bu qarşılaşmaların ilk oyunları 25–27 mart, cavab oyunları isə 28–30 mart tarixlərində baş tutacaq.

 

Qeyd edək ki, hər cütlükdə adı birinci göstərilən komanda ilk oyuna ev sahibliyi edəcək.