Bu gün I Liqanın 8-ci turu çərçivəsində 2 oyun keçirilib. Sport24.az xəbər verir ki, son oyun günündə lider "Şahdağ Qusar" ikinci yerdə qərarlaşan "Gəncəbasar"la üz -üzə gəlib. Binə qəsəsbə stadionunda baş tutan görüş qolsuz başa çatıb. "Şimal" isə "Zaqatalanı (4:1) məğlub edib.
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Mingəçevir" evdə "Baku Sportinq"i 1:0, "Karvan Yevlax" "Xankəndi"ni səfərdə 2:0 hesabı ilə məğlub edib. MOİK - "Səbail" matçında isə azarkeşlər qol görməyib.
I Liqa
VIII tur
"Şahdağ Qusar" - "Gəncəbasar" - 0:0
"Şimal" - "Zaqatala" - 4:1
Qollar: Niyazi Osmanov (25), Murad Dadaşev (53, 63), Lama Bamba (82) - Samuel Anadem (70).