Qazaxıstan təmsilçisi AKAS-ın baş məşqçisi Dovran Kendjaxunov "Qarabağ"dan olan həmkarı Qurban Qurbanova xüsusi hədiyyə təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə xəbər verir ki, klubun sosial şəbəkə hesabında pylaşım olub. 

 

AKAS-ın məşqçi heyəti "Qarabağ"ın bazasını ziyarət edərək Ağdam təmsilçisinin məşq prosesini yaxından izləyib. Qonaqlar klubun məşq metodları, futbolçuların fiziki hazırlığı, qidalanması və bərpa sistemi ilə tanış olublar.

 

Səfər çərçivəsində tərəflər arasında təcrübə mübadiləsi də aparılıb.

 

Qeyd edək ki, Dovran Kendjaxunov bu ilin martında da Qurban Qurbanovun dəvəti ilə "Qarabağ"da bir aylıq təcrübə proqramında iştirak edib. Həmin müddətdə qazaxıstanlı mütəxəssis Ağdam klubunun əsas komandasının məşqlərini izləyib.