"Real" yarımmüdafiəçisi Cud Bellinqemlə müqavilənin 2031-ci ilə qədər uzadılması istiqamətində danışıqları davam etdirir. Sport24.az xəbər verir ki, ingilis futbolçunun hazırkı sözləşməsinin müddəti 2029-cu ilin yayında başa çatır.

 

Mənbənin özlərinə əsasən, 23 yaşlı yarımmüdafiəçi yeni müqaviləsinin şərtlərinə əsasən mövsümə 25 milyon avroya qədər qazanc əldə edəcək. Hazırda isə onun maaşı 15 milyon avrodan çox deyil.

 

Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayından "Real"ın formasını geyinir. "Transfermarkt" portalı onun dəyərini 160 milyon avro qiymətləndirir.