"İnter" "Ştutqart"ın 20 yaşlı mərkəz müdafiəçisi Finn Yelçin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Il Giorno" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Almaniya klubu futbolçu üçün 60 milyon avro tələb edir. "İnter" bu transferi həyata keçirməyin çətin olacağının fərqindədir. Belə ki, oyunçuya digər klublar da maraq göstərir.
60 milyon avroluq məbləğ "İnter"in transfer üçün nəzərdə tutduğu vəsaitdən xeyli yüksəkdir. Bu, xüsusilə klub sahiblərinin hazırda maaş büdcəsini azaltmağa və maliyyə baxımından qənaətcil olmağa çalışdıqları bir vaxtda daha da diqqət çəkir.
Qeyd edək ki, Yelç Cari mövsümdə "Ştutqart"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.