Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Sport24.az xəbər verir ki, 12-ci turun ilk oyunu yevlaxda baş tutacaq.
"İmişli" Zirə"ni qonaq edir. İlk dövrədən sonra aktivində 11 xal olan "pələnglər" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıbsa, "qartallar" 19 xalla 5-ci yerdədir. Nominal meydan sahiblərinin əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Qonaqlar isə avrokuboklara vəsiqə qazanmağı hədəfləyib.
Qeyd edək ki, tərəflər arasında I dövrədə baş tutan görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
II dövrə, XII tur
14:30. "İmişli" - "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax. Şəhər stadionu.