Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxıb. Sport24.az xəbər verir ki, təmsilçimiz Bakıda Norveçin "Forde" komandasını qəbul edib.

 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan duel "hərbçilər"in ianmlı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:18).

 

Komandalar arasında Norveçdə baş tutan ilk görüşdə də qələbə qazanan 3:0 komandamız 1/16 finala yüksəlib.