Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində bu gün cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gələcək. Görüşə saat 19:00-da start veriləcək.

 

Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan ilk görüş "Ordu"nun 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.