PSJ-nin hücumçusu Xviça Kvaratsxelia "GQ" jurnalı tərəfindən 2026-cı ilin "İlin adamı" seçilib. Sport24.az xəbər verir ki, gürcü futbolçu mükafatlandırma mərasimindən sonra bununla bağlı fikirlərini bölüşüb:

 

"Bu, mənim üçün böyük şərəfdir. Komanda yoldaşlarımla birlikdə PSJ-də inanılmaz bir mövsüm keçirdim və bununla çox fəxr edirəm. Düşünmürəm ki, onlar olmasaydı, buna nail ola bilərdim. Həm özümlə, həm də bu mükafatı qazanmağıma kömək edən komanda yoldaşlarımla həqiqətən fəxr edirəm".

 

Qeyd edək ki, bu mükafat 1996-cı ildən bəri idman, kino, musiqi, moda və mədəniyyət daxil olmaqla, müvafiq sahələrdə mühüm uğurlar qazanmış və təsir göstərmiş şəxslərə təqdim olunur.

Oktyabrın 27-də Kvaratsxeliya, Çempionlar Liqasının liqa mərhələsində "Barselona"ya qarşı keçirilən oyunda (4–2) aldığı çarpaz bağların yırtılması zədəsi səbəbindən əməliyyat olunub.