"Lion" "Yuventus"dan icarəyə götürdüyü hücumçu Lois Openda ilə müqaviləni vaxtından əvvəl poza bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, oktyabrın ortalarından bəri zədə səbəbindən meydanlardan uzaq qalan 26 yaşlı belçikalı futbolçu Fransa klubunun yeni baş məşqçisi Karlos Visensin planlarında yer almır. "Lion" bu barədə artıq "Juventus"u məlumatlandırıb, lakin Openda Turin təmsilçisinin baş məşqçisi Luçano Spallettinin də planlarına daxil deyil.
Qeyd edək ki, Openda bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.