"Yuventus"un mərkəz yarımmüdafiəçisi Ueston Makkenni gələcəyi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "La Gazzetta dello Sport"a danışıb:

 

"Bildirmək istəyirəm ki, "Yuventus"dan ayrılmaq planım yoxdur.

Olduğum yerdən məmnunam. Məhz buna görə də "Yuventus"la yeni müqavilə imzaladım və klubda çıxışımı davam etdirməyi səbirsizliklə gözləyirəm".

 

Qeyd edək ki, amerikalı yarımmüdafiəçi 2021-ci ilin yayında 20,5 milyon avro qarşılığında "Şalke"dən transfer olunub. O, cari mövsümdə keçirdiyi 11 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.