"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, H qrupunun VII turunda Latviyada "Riqa"nın qonağı olan "ağ-qaralar" rəqibinə uduzublar – 55:96.

 

Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 8 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.