"LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv yeddinci turda Slovakiyanın "Prievidza" klubunu qəbul edib.

 

Bakı İdman Sarayında keçirilən G qrupunun qarşılaşması qonaqların 97:93 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycan təmsilçisi ilk yarını üstün tamamlayıb və üçüncü periodun sonunda da hesabda öndə olub. Lakin sonuncu periodda üstünlüyünü qoruya bilməyən "LANDAU Lions" meydanı məğlub tərk edib.

 

Beləliklə, Bakı klubu yeddi oyunda altıncı məğlubiyyətini alıb. Bir qələbəsi olan "LANDAU Lions" səkkiz xalla G qrupunda sonuncu - altıncı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti avrokubok oyununu dekabrın 9-da keçirəcək. "LANDAU Lions" Bakı İdman Sarayında Danimarkanın "Bakken Bears" klubunu qəbul edəcək.