"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunda Ukrayna millisinin Gürcüstan üzərində 1:0 hesablı qələbəsindən sonra, yığma ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Instagram"da paylaşım edib:

 

"Ömrümün sonuna kimi xatırlayacağım günlər. Ukrayna milli komandasında debütüm. Hamı üçün çətin olan bu dövrdə bu formanı geyinmək və ölkəmi təmsil etmək mənim üçün böyük qürur mənbəyidir.

 

Dəstəyiniz və təbrikləriniz üçün hamınıza təşəkkür edirəm – hələ qarşıda çox şey var. Həmişə birlikdə. Ukraynaya şöhrət!".

 

Qeyd edək ki, Kaşuk Ukrayna - Gürcüstan matçında yığmada debüt edib. "Qarabağ"ın formasını geyinən futbolçu 64-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.