"Mançester Yunayted" hücumameyilli yarımmüdafiəçi Brunu Fernandeşə müqavilə müddətini 2029-cu ilin yayına qədər uzatmağı təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında payalaşım edib.

 

Mənbə bildirir ki, hazırkı mərhələdə tərəflər arasında heç bir razılaşma əldə olunmayıb. Ötən yay 32 yaşlı portuqaliyalı futbolçu "Əl-Hilal"dan gələn çox sərfəli təklifi rədd etmişdi.

 

"Milan" və "Qalatasaray" isə gələn yay azad agent statusunda olacaq Fernandeşi heyətinə qatmaqda maraqlıdırlar.

 

Qeyd edək ki, Fernandeş bu mövsüm 14 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.