Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
Gözəlbəyli Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsi çərçivəsində Yunanıstanda baş tutacaq OFI Crete" (Yunanıstan) - "Helios Grizzlys Gıesen" (Almaniya) matçının supervayzeri təyin olunub.
Qeyd edək ki, sabah keçiriləcək qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.