"Blekpul" klubu doğum günündə baş məşqçisi İan Evattı ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Evatt futbolçu karyerası dövründə altı il ərzində "Blekpul"un heyətində 250-dən çox oyuna çıxıb. O, klubun Birinci Liqadan Premyer Liqaya yüksəlməsinə, töhfə verib.
"Uiqan"a qarşı keçiriləcək növbəti oyunda komandaya Stiv Tompson rəhbərlik edəcək. Ona Stiven Kreyni, Stiven Dobbi və Stiv Benks kömək edəcəklər.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2025-ci ilin oktyabrında "Blaekpul"un "sükanı arxasına" keçib.