"Real" yarımmüdafiəçisi Orelien Tçuameni ilə müqavilənin müddətin uzadıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Fransalı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.

 

Tçuameni 2022-ci ildə "Real"a qoşulub. O, 205 oyunda meydana çıxıb və səkkiz titul qazanıb. Çempionlar Liqası, iki dəfə FİFA Klublararası Dünya Çempionatı, iki dəfə UEFA Superkuboku, La Liqa çempionluğu, İspaniya Kral Kuboku (Copa del Rey) və İspaniya Superkuboku.

 

Qeyd edə ki, 26 yaşlı yarımmüdafiəçi Fransa millisinin heyətində 50 oyun keçirib. Tçuameni 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.