İspaniyalı qapıçı Antonio Adan peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 39 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşıb.
O, qapıçı əlcəkləri ilə yanaşı, karyerasının ən yaddaqalan anlarından ibarət video da yayımlayıb və "təşəkkürlər, futbol", - deyə Adan yazıb.
Adan karyerası ərzində "Real", "Betis", "Atletiko" (Madrid), "Sportinq" (Lissabon) və "Kalyari" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, onun son klubu İran təmsilçisi "İstiqlal" olub. İspaniyalı qapıçı bu komandadan ötən mövsümün sonunda ayrılıb.