PSJ futbolçusu Markinyosla müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Paris klubu braziliyalı müdafiəçi ilə danışıqlara start verib. Tərəflər anlaşmağa yaxındır.
Markinyos 2013-cü ildən PSJ-nin şərəfini qoruyur. O, eyni zamanda komandanın kapitanlıq sarğısını daşıyır.
32 yaşlı müdafiəçi bu mövsüm 8 oyunda 3 qol vurub.