Bu gün Azərbaycan I Liqasında VIII tura start veriləcək. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

 

MOİK "Səbail"i, "Mingəçevir" isə "Bakı Sportinq"i qəbul edəcək.

 

Günün əsas oyunu Xankəndidə baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi ilk dəfə bu arenada meydana çıxacaq. Komandanın rəqibi "Karvan-Yevlax" olacaq.

 

Azərbaycan I Liqası
VIII tur

19 noyabr

 

14:00 MOİK – Səbail
14:30 Mingəçevir – Bakı Sportinq
16:00 Xankəndi – Karvan-Yevlax