FİFA təşkilatın prezidentliyi uğrunda keçiriləcək seçkilərdə iştirak edəcək üç namizəddən ibarət siyahını təsdiqləyib. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəmi saytı məlumat yayıb.

 

Ali vəzifə uğrunda mübarizə aparacaq şəxslər bunlardır: hazırkı FİFA prezidenti Canni İnfantino, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kozo Taşima.

 

Təşkilatın rəsmi bəyanatında deyilir: "FİFA-nın İdarəetmə Qaydalarına uyğun olaraq, namizədliklər nəzərdən keçirilməsi və namizədlərin uyğunluğu barədə qərar qəbul edilməsi üçün Seçki Komitəsinə təqdim olunub. FİFA Nizamnaməsinə və seçki qrafikinə əsasən, üzv assosiasiyalara təklif olunmuş və tələblərə cavab verən namizədlərin adları barədə ən geci 18 fevral 2027-ci il tarixinədək məlumat veriləcək".

 

Qeyd edək ki, FİFA prezidentliyi uğrunda seçkilər 2027-ci ilin martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FİFA Konqresi zamanı baş tutacaq.