Uşaq Hüquqları ayı çərçivəsində "Neftçi"nin akademiya üzvləri üçün maarifləndirici seminar təşkil olunub. Sport24.az xəbər verir ki, 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq Hüquqları ayı çərçivəsində keçirilən tədbir "Palms Sports" Futbol Mərkəzində baş tutub.

 

Seminarda "Neftçi"nin U-12, U-13 və U-14 komandalarının futbolçuları iştirak ediblər.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Uşaq Hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalının çıxış etdiyi tədbirdə uşaqların hüquq və vəzifələri, futbolda uşaq hüquqları və internet təhlükəsizliyi mövzularına toxunulub.

 

Seminarın əsas məqsədi uşaqların hüquqlarının müdafiəsi və idmanda təhlükəsiz mühitin təşviq edilməsi olub.