PSJ komandanın kapitanı Markinyosa müqavilə müddətini daha bir il uzatmağı təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

Hazırda tərəflər arasında danışıqlar gedir. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.

 

Markinyos 2013-cü ilin iyul ayında 31,4 milyon avro qarşılığında "Roma"dan PSJ-yə keçib. O, klubun heyətində 531 oyuna çıxıb, 46 qol vurub və 10 məhsuldar ötürmə edib. Fransa nəhəngi ilə birlikdə ümumilikdə 41 titul qazanıb.

 

Qeyd edək ki, 33 yaşlı braziliyalı bu mövsüm PSJ-nin heyətində keçirdiyi 8 matçda 3 qol vurub.