Fortaleza polisi Qabi Morais kimi tanınan 32 yaşlı braziliyalı futbolçu Fransiska Qabriela Morais da Roşanı saxlayıb. Sport24.az xəbər verir ki, o, "Comando Vermelho" adlı cinayətkar təşkilat üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinir.
Həbs çərşənbə axşamı, noyabrın 17-də, Aerolandiya məhəlləsində Mülki Polisin sözügedən qruplaşmaya qarşı keçirdiyi genişmiqyaslı əməliyyat zamanı baş tutub. İstintaqın məlumatına görə, Morais narkotik ticarətindən əldə edilən vəsaitlərin leqallaşdırılmasında iştirak etmiş ola bilər.