"Udineze"nin keçmiş baş məşqçisi Kosta Runyayiç Polşa millisinə rəhbərlik edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Runyayiç hazırda mümkün təyinatla bağlı danışıqlar aparır.

 

55 yaşlı alman mütəxəssis 2024-cü ildən "Udineze"də çalışırdı. O, daha əvvəl "Legiya" (Varşava), "Pogon" (Şçetsin), "Münhen 1860" və digər klublara rəhbərlik edib. 

 

Qeyd edək ki, Polşa millisinin hazırkı baş məşqçisi Yan Urbandır. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasının B Liqasında öz qrupunu üçüncü yerdə başa vurub.