UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk 4 turunda ən çox ofsayda düşən futbolçular müəyyənləşib. Sport24.az xəbər verir ki, siyahıda "Sabah"ın hücumçusu Coy Lens-Mikels də yer alıb.

32 yaşlı forvard 4 tur ərzində 5 dəfə oyundankənar vəziyyətə düşüb.

Ruanda millisinin üzvü bu göstərici ilə Lautaro Martines ("İnter", İtaliya), Borxa Sayns ("Portu", Portuqaliya) və Daniel Sturmla ("Slaviya", Çexiya) birlikdə 3-6-cı yerləri bölüşür.

Qeyd edək ki, siyahıya 9 dəfə ofsayda düşən "Qalatasaray"ın hücumçusu Viktor Osimhen başçılıq edir. Dortmund "Borussiya"sının futbolçusu Fabio Silva isə 6 göstərici ilə ikinci pillədə qərarlaşıb.