"Ştutqart"ın hücumçusu Ermedin Demiroviç qış transfer dönəmində "Milan"a keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

İki il əvvəl "Yuventus" da bosniyalı hücumçunu heyətinə qatmaq istəyirdi.

 

Demiroviç 2024-cü ilin yayından "Ştutqart"ın formasını geyinir. Onun klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

 

Qeyd edək ki, 28 yaşlı bosniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb və 9 qol vurub.