İtaliyanın "Sampdoriya" klubu Azərbaycanın U-21 yığmasının üzvü Lorenso Mezzotero ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı hücumçu ilə anlaşmanın müddəti 2030-cu ilin yayına kimi artırılıb.

 

Müqavilədə bir illik uzadılma bəndi də yer alır.

 

Mezzotero yeni anlaşma ilə bağlı klubun saytına açıqlama verib:

 

"Mənim üçün "Sampdoriya" ilə müqaviləni yeniləmək böyük məmnunluqdur. Həm ailəm, həm də mən klubumuza böyük inam bəsləyirik və birlikdə böyük işlər görməyə çalışacağıq.

 

Bu günə qədər keçdiyim yoldan çox məmnunam və qürur duyuram. Müqaviləni yenilədiyim üçün çox xoşbəxtəm. Bununla belə, anlayıram ki, bu, yalnız başlanğıcdır. Qarşıda hələ uzun yol və çox iş var. Amma bu, yaxşı başlanğıc nöqtəsidir və mən çox xoşbəxtəm".

 

Mezzotero 2025-ci ildən "Sampdoriya"da çıxış edir. O, bu mövsüm əsas komandada 4 oyunda 1 qol vurub.

 

Hücumçu Azərbaycanın U-21 yığmasına dəvət alır.