Misli Premyer Liqasının 12-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, ev oyunlarını "SOCAR Polymer Arena"da keçirən "Şəfa" "Qəbələ" ilə qarşılaşır.

 

Hər iki komanda birinci dövrədə uğursuz çıxışla yadda qaldı. İstər paytaxt təmsilçisi, istərsə də bölgənin eyniadlı təmsilçisi təhlükəli zonda yer alıb.

 

Qonaqlar 8 xalla turnir cədvəlində 10-cu, 11 oyundan 5 xal toplayan nominal meydan sahibləri isə 11-ci pillədə qərarlaşıb. Bu üzdən turnir cədvəlində qonşu olan komandaların görüşü prinsipial xarakter daşıyır.

 

Qeyd edək ki, tərəflər arasında I dövrənin 2-ci turu çərçivəsində Qəbələdə baş tutan görüş "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu həm də bakılıların cari mövsümdə qazandığı yeganə qalibiyyətdir.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

 

17:00. "Şəfa" - "Qəbələ"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov 
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Şəfa": 97. Tiaqo Silva, 42. Elnur Cəfərov (k), 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 23. Nahid Əliyev, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu

 

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 77. Elmar Məmmədov, 10. Dilan Mertens, 8. Vlad Pop, 22. Umar Diav, 34. Kristofer Mamenqi

 

Baş məşqçi: Zaur Həşimov

"Qəbələ": 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 8. Endri Çekici, 6. Xayme Syerra, 16. İsaak Amoah, 80. Meşak Uboçioma, 3. Edson Eduardo

 

Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 9. Karim Rossi, 7. Bruno Silva, 12. Kouya Mabea, 5. Natan Monzanqo

 

Baş məşqçi: Yeton Bekiri