"Sabah"ın Çempionlar Liqasındakı rəqibi "Barselona" futbolçusu Xavi Espart ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı müdafiəçi ilə anlaşmanın müddəti 2030-cu ilin yayına kimi artırılıb.
Espart kataloniyalıların heyətində 17 oyun keçirib və bu matçlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
"Barselona" noyabrın 25-də Çempionlar Liqasında "Sabah"ın qonağı olacaq.