Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" Kipr çempionatının X turunda səfərdə "Omoniya Aradippu"nu 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, qonaqların heyətində Ken Sema və Jonatas Noro fərqləniblər.
Meydan sahiblərinin yeganə qolu isə Anderson Silvanın avtoqolu nəticəsində vurulub.
"Pafos" 47-ci dəqiqədə Dominqos Kinanın qırmızı vərəqə almasından sonra azlıqda qalsa da, üstünlüyünü qoruya bilib.
Murad Məmmədov qarşılaşmanın iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Qeyd edək ki, bu qələbədən sonra "Pafos" xallarının sayını 19-a çatdırıb.