"Kəpəz" və "Qarabağ"ın futbolçuları Misli Premyer Liqasının XII turunun oyununda meydana şəhid övladları ilə birlikdə çıxacaqlar. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
"Kəpəz" rəhbərliyinin bununla bağlı Peşəkar Futbol Liqasına müraciəti müsbət cavablandırılıb.
Şəhid övladları komandalarla birlikdə meydana çıxdıqdan sonra qarşılaşmanı tribunadan izləyəcəklər. Təşəbbüs "Kəpəz" və "Gəncə Park City"nin birgə təşkilatçılığı, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçiriləcək.
Qeyd edək ki, görüş sabah Gəncə şəhər stadionunda keçiriləcək.