Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də keçirdiyi ikinci döyüşdən də qalib ayrılıb. Sport24.az xəbər verir ki, idmançı Qətərin paytaxtı Dohada keçirilən turnirdə avstraliyalı Ceyk Metyuzu hakimlərin yekdil qərarı ilə məğlub edib.

 

Qeyd edək ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda gerçəkləşdirib. O, ilk döyüşündə braziliyalı Cefferson Nasimentoya qalib gəlib. Beləliklə, azərbaycanlı döyüşçü UFC-də keçirdiyi hər iki qarşılaşmada qələbə qazanıb.