Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı bölgədə keçiriləcək.

 

"Araz-Naxçıvan" Şamaxıda "Neftçi"ni qəbul edir. Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların qarşılaşmasında heç şübhəsiz ki, favorit paytaxt təmsilçisidir. Hazırda aktivində 24 xal olan "ağ-qaralar turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qonaqlar bu matçdan 3 xalla ayrılacağı təqdirdə yenidən eyni xala malik "Sabah"ı keçərək zirvəyə yüksələcək. Naxçıvan təmsilçisi isə şempionatda qələbə üzünə həsrət qalan yeganə kollektivdi. Turlar ötdükcə "qırmızı-ağlar" rəqiblərindən bir qədər uzaq düşür. Belə gedişlə Naxçıvan klubu elitanı tərk etməyə ən real namizəd olacaq. 

 

Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Şəfa" "Qəbələ"yə (0:2), "Şamaxı" isə "Turan Tovuz"a (0:2) məğlub olub.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

14:30. "Araz-Naxçıvan" "Neftçi"

 

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev
VAR: Fərid Hacıyev 
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı. Şəhər stadionu. 

 

"Araz-Naxçıvan": 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 2. Abdulla Rzayev 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes

 

Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 13. Qabil Əlizadə 21. İbrahim Piriyev 10. Şarl Boli 19. Abdullah Sudi 

 

"Neftçi": 1. Emil Balayev (k) 14. Elvin Bədəlov 3. Rüfət Abbasov 5. İqor Ribeyro 97. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel

 

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 8. Emin Mahmudov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 18. İfeanyi Metyu 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 11. Alen Şkribek 27. Draqolyub Saviç