Misli Premyer Liqasının 12-ci turunda keçirilən "Kəpəz" - "Qarabağ" oyunu böyük azarkeş marağı ilə başlayıb. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan qarşılaşmadan əvvəl topa ilk rəmzi toxunuşu "Kəpəz"in sabiq futbolçusu Mehman Allahverdiyev edib.

 

Qeyd edək ki, Allahverdiyev Gəncə təmsilçisi ilə 3 dəfə Azərbaycan çempionu, 4 dəfə isə ölkə kubokunun qalibi olub.