Gəncə futbolunun əfsanəvi simalarından olan Mehman Allahverdiyev vaxtilə şərəfini qoruduğu və uğurlarında böyük pay sahibi olduğu "Kəpəz" klubunun qonağı olub. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin 3 ölkə çempionluğu və 4 Azərbaycan Kuboku qazanmasında müstəsna rol oynayan veteranı klubun İdarə Heyətinin sədri Anar Abdullayev qəbul edib.

 

Görüşdə komandadakı son yeniliklər və gələcək planlar müzakirə olunub. Anar Abdullayev veteranlara xüsusi diqqət göstərildiyini, keçmiş futbolçuların klubun ev oyunlarına mütəmadi dəvət edildiyini vurğulayıb.