Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb. Sport24.az PFL-in saytına istinadən xəbər verir ki, 2026/27 mövsümünün yeni rekordu 12-ci turun "Kəpəz" - "Qarabağ" görüşünə (0:0) təsadüf edib. Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib.

 

Bu, cari mövsümdə ən yüksək göstəricidir.

 

Qeyd edək ki, bunadək rekord "Kəpəz"in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən "Şamaxı" ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.