"Uotford" baş məşqçi Alessio Dionisi ilə yollarını ayırrıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

Bu qərar Çempionşipin 16-cı turunda "Seffeld Yunayted"ə qarşı 0:4 hesablı məğlubiyyətdən sonra qəbul edilib.

 

Dionisi iyunda  "Uotdord"un "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında cəmi 4 qələbə qazanıb.

 

Qeyd edək ki, 16 turdan sonra aktivində 15 xal olan  "Uotdord" turnir cədvəlində 21-ci pillədə qərarlaşıb.