FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
O, Çempionlar yolunun üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyada "Dinamo" (Zaqreb) - "Benfika" matçını idarə edəcək. Ona Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli referi Filip Draqaşeviç yerinə yetirəcək.
Qeyd edək ki, "Dinamo" - "Benfika" qarşılaşması noyabrın keçiriləcək.