Gənclər və idman naziri Fərid Qayıbov IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının üzvü kimi Türkiyənin İstanbul şəhərində keçirilən Komissiyanın görüşündə iştirak edib. Sport24.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Görüşdə 2027-ci ilin iyununun 16-dan 27-dək İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıq işləri müzakirə olunub.