Maurisio Poçettino Maykl Kerrikdən fərqli, komandaya qarşı  daha sərt qaydalar tətbiq edib. Sport24.az "Evening Standard" qəzetinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in yeni baş məşqçisi sələfinin oyunlardan sonrakı gün futbolçulara verdiyi istirahət gününü ləğv edib.

 

Argentinalı mütəxəssis həmçinin məşq bazasına gəliş vaxtını da dəyişdirib. Artıq futbolçular məşq günlərində bazaya bir saat daha tez gəlməlidirlər.

 

Qeyd edək ki, "Mançester Yunayted" Poçettinonun rəhbərliyi altında keçirdiyi ilk oyunda "Liverpul"a 0:4 hesabı ilə məğlub olub. Komanda növbəti matçını çərşənbə axşamı "Sportinq"ə qarşı keçirəcək.