"Çelsi" baş məşqçisi Xabi Alonso ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, "zadəganlar" komandanın uğursuz nəticələrinə baxmayaraq, mütəxəssislə yola davam edəcək.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

Alonso mövsümün əvvəlindən "Çelsi"yə rəhbərlik edir. Komanda onun başçılığı altında 11 turdan sonra 16 xalla 8-ci pillədədir.

 

Qeyd edək ki, "Zadəganlar" Premyer Liqada 11-ci turda "Lids"ə azarkeşləri önündə uduzub – 1:4.