"Benfika"nın futbolçusu Canluka Prestianni PSJ-dən təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Argentinalı vinger parislilərin təklifini qəbul etməyib. O, mövsümün sonuna kimi "Benfika"da qalmaq istəyir.
Prestianninin klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. Onun "transfermarkt"da dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm Portuqaliya çempionatında 11 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.