"Real" futbolçusu Cud Bellingem ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"Kral klubu" ingiltərəli yarımmüdafiəçi ilə anlaşmanın müddətini 2032-ci ilin yayına kimi artırmaq niyyətindədir.
Bellingem 2023-cü ildən "Real"ın formasını geyinir. O, bu mövsüm La Liqada 13 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Bellingem İngiltərə yığmasının da üzvüdür.