"Çox yaxşı oyun alındı". Bunu Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Kennet Kalunqa deyib.

29 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XII turunda doğma meydanda "Qarabağ"la qolsuz heç-heçə etdikləri qarşılaşma barədə fikirlərini bölüşüb:

"Düşünürəm ki, komanda olaraq yaxşı oynadıq. Stadionda möhtəşəm ab-hava var idi. Güclü rəqibə qarşı bütün gücümüzü ortaya qoyduq".

Zambiyalı futbolçu XIII turda səfərdə "Turan Tovuz"la keçirəcəkləri oyun barədə də danışıb. O, qarşılaşmanın çətin və gərgin keçəcəyini gözlədiyini bildirib:

"Rəqib güclü komandadır. Məncə, bizi yenə maraqlı və gərgin qarşılaşma gözləyir. Bu oyun derbi olduğu üçün daha özəldir. Ümid edirəm ki, yaxşı nəticə qazana biləcəyik".

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Turan Tovuz" – "Kəpəz" matçı saat 16:30-da başlayacaq.