"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze qış "transfer pəncərəsi" dövründə komandasını dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, "Komo" 25 yaşlı niderlandlı futbolçuya maraq göstərir.
Komanda hazırda A Seriyasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Mançester Yunayted" Zirkzeni 2024-cü ilin yayında 42,5 milyon qarşılığında "Bolonya"dan transfer edib. Hücumçu cari mövsümdə keçirdiyi 10 oyunda 2 qol vurub.