"Bavariya" Harri Keyn zədələndiyi üçün hücum xəttini müvəqqəti olaraq yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Münhen klubu "Nyu York"da çıxış edən Erik-Maksim Şupo-Motinqi heyətinə qatmaq istəyir.
Bundesliqa təmsilçisi 37 yaşlı futbolçu ilə yanvarda müqavilə imzalamaq niyyətindədir.
Erik daha əvvəl də "Bavariya"da çıxış edib. O, 2020-2024-cü illərdə bu klubun şərəfini qoruyub.